Rent a car Baku Sarvan günlük icarə qiymətlərini endirdi. Kia Rio 50 AZN
Yüklənir
rent a car Baku

Bakıda ilk depozitsiz avtomobil icarəsi Sarvan rent a car Baku

Qeyd: Azərbaycanda ilk və tək depozitsiz avtomobil icarəsi ilə məşqul olan Sarvan Rent a car Baku sizə yeni və az istifadə olunmuş avtomobillər təqdim edir. Şirkətimiz Sarvan rent a car Baku sizə 7/24 d’st’k göstərməyə hazırdır. Mygroup MMC nin budağ kompaniyası olan Sarvan rent a car Baku 2015-ci ildən car hire sahəsində öz əvəzolunmaz yerini tutmaqdadır.

İCARƏNİN ŞƏRTLƏRİ
Lazım olan sənədlər:
— pasport;
— sürücülük vəsiqəsi;
— xarici vətəndaşlar üçün: gəlmə vizası və ya miqrasiya kartı; beynəlxalq sürücülük vəsiqəsi;
— qeydiyyat haqqında sənəd
Yaş və sürücülük təcrübəsi:
— minimal yaş 24;
— minimal təcrübə — 1 il

Qeyd: Bildirmək isdəyirik ki, şərtlərimiz hər iki tərəf üçün, yəni icarəyə götürən və icarəyə verən tərəflərin güvənilir xidməti üçün nəzərdə tutulub.

ƏSAS ŞƏRTLƏR:
1. İcarədar avtomobili müştəriyə icarəyə verərkən, avtomobilin texniki vəziyyətinin nöqsansız olmasını təmin edir.
2. Müştəri avtomobili icarəyə götürdüyü andan etibarən nəqliyyat vasitəsinə cavabdehlik daşıyır.
3. Avbomobili icarəyə götürərkən müştəri zəmanət verir:
a) nəqliyyat vasitəsini idarə etmək üçün bütün lazımi icazələri, lisenziyaları, vəsiqəsi var;
b) yol-hərəkət qaydalarının pozulması ilə əlaqədar olaraq məsuliyyət borcu və tətbiqi yoxdur;
c) avtomobili idarə etməkdə əngəl ola biləcək fiziki və psixoloji xəstəlikləri yoxdur;

MÜŞTƏRİNİN VƏZİFƏLƏRİ:
1. Müştəri nəqliyyat vasitəsindən səliqəli istifadə etməyi zəmanət verir. Nəqliyyat vasitəsindən istifadə zamanı onun texniki xidmətini öz hesabına ödəyir.
2. Avtomobilin yanacağını müştəri öz hesabına ödəyir.
3. Müştəriyə avtomobilin texniki avadanlığını dəyişməyə, hər hansı bir detalı və ya aksesuarı əlavə etmək və ya dəyişməyə, üzərində yazı yazmaq və ya şəkillər çəkməyə icazə verilmir.
4. Avtomobildən istifadə müddətində müştəri bütün cərimələri ödəməyə borcludur. İcarədar bu cərimələri ödəyərsə, müştəri mütləq bunu kompensasiya etməlidir.

ŞƏRTLƏR

5. Avtomobildən istifadə müddəti ərzində hər hansı texniki nasazlıq baş verərsə, müştəri mütləq bu barədə icarədara yazılı şəkildə məlumat verməlidir və xərcləri ödəməyə borcludur.
6. İstifadə müddəti ərzində hər hansı bir yol hərəkət hadisəsi baş verərsə, bütün məsuliyyət müştərinin üzərinə düşür və yaranan xərcləri müştəri ödəməyə borcludur.
7. Müştəri nəqliyyat vasitəsini icarəyə götürdüyü andan onu icarədara qaytaran müddətə qədər avtomobilin sahibi hesab olunur və Azərbaycan Respublikasının mövcud Qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
8. Müştəri avtomobili təmiz, texniki nasazlığı olmadan, icarədarın verdiyi bütün sənədlərlə birgə Müqavilədə göstərilən tarixdə və yerdə geri qaytarmalıdır.
9. Avtomobilin qaytarılması hər iki tərəfin imzası olan aktla təsdiqlənir.
10. Müqavilədə göstərilən tarixdə avtomobil müştəri tərəfindən geri qaytarılmazsa, icarədar avtomobilin qaçırılması ilə Azərbaycan Respublikasının DİN müraciət etmək hüququna malikdir.
11. Müştəri icarənin müddətini uzatmaq niyyətindədirsə, o zaman Müqavilənin müddətinin bitməsinə 3 gün qalmış müraciət etməli və yeni Müqavilə tərtib olunmalıdır.

İCARƏDARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

1. İcarədar icarə müddəti ərzində avtomobilin texniki nasazlığına cavabdeh deyil.
2. İcarədar icarə müddəti ərzində müştərinin və ya üçüncü bir şəxsin avtomobildə olan, aparılan zədələnmiş və ya itmiş hər hansı bir şəxsi əşyasına cavabdeh deyil .
3. Əgər müştəri icarənin hər hansı şərtini pozarsa, icarədarın Müqaviləni pozmaq və avtomobili dərhal geri qaytarmağı tələb etmək hüququ var. Bu halda müştəri dərhal avtomobili geri qaytarmalıdır.

ÖDƏNİŞ

 Xidmətin ödənişi icarədarın müqavilədə göstərdiyi tarifi ilə həyata keçirilir. Avtomobil icarədara Müqavilədə göstərilən müddətdə qaytarılmazsa, müştəri cərimə ödəməyə borcludur.

rent a car baku

sale rent a car baku